Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 251 nəfər ölüb.
Medicina.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 19 256 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 18 602, ağır xəstə sayı isə 5008 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 062 960 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 866 815 nəfər sağalıb, 18 602 nəfər isə ölüb.