Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2020.12.24 23:50
  • 1080 Baxış
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə son sutka ərzində 254 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, son 24 saatda 3218 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 19 115, virusa yoluxanlar isə 2 100 712 nəfərə çatıb.

Türkiyədə indiyədək 1 935 292 pasiyent (son sutkada 33 985 nəfər) sağalaraq evə buraxılıb.