Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2020.12.28 21:51
  • 1282 Baxış
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 257 nəfər ölüb.

Medicina.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 15 197 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.


Bu gün sağalan xəstə sayı 20 135, ağır xəstə sayı isə 4251 nəfər olub. Bu, dünənki ağır xəstə sayı ilə müqayisədə 54 nəfər azdır. Nazir COVID-19-la mübarizə tədbirləri nəticəsində yoluxma və bu infeksiyadan səhhəti ağır olan xəstələrin sayında azalmanın davam etdiyini deyib.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 162 775 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 037 433 nəfər sağalıb, 20 135 nəfər isə ölüb.