Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2020.12.29 20:53
  • 1546 Baxış
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 253 nəfər ölüb.

Medicina.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyənlərlə birlikdə 15 805 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.


Bu gün sağalan xəstə sayı 21 004, ağır xəstə sayı isə 4191 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 178 580 nəfər COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 058 437 nəfər sağalıb, 20 388 nəfər isə ölüb.

Nazir bildirib ki, COVID-19-la mübarizə tədbirləri müsbət nəticələrini göstərir, peyvəndləmələrdən uğurlu nəticə alana qədər də bu mübarizə davam etməlidir.