Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 186 nəfər ölüb.
Medicina.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 479 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9 894, ağır xəstələr isə 3 094 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 307 581 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 182 145 nəfər sağalıb, 22 450 nəfər isə ölüb.
Nazir deyib ki, ağır xəstə sayı azalmaqda davam edir.