Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2021.01.10 22:14
  • 2230 Baxış
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 176 nəfər ölüb.

Medicina.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 138 nəfər COVID-19 infeksiyasına yoluxub.


Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 103, ağır xəstələr isə 2 801 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyənlərlə birlikdə 2 326 256 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 198 150 nəfər sağalıb, 22 807 nəfər isə ölüb.