Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2021.01.17 20:23
  • 2135 Baxış
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 165 nəfər ölüb.

Medicina.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6436 nəfər COVID-19 infeksiyasına yoluxub.


Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8812, ağır xəstələr isə 2201 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 387 101 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 262 864 nəfər sağalıb, 23 997 nəfər isə ölüb.