Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2021.02.01 22:32
  • 1687 Baxış
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 124 nəfər ölüb.

Medicina.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 719 nəfər COVID-19 infeksiyasına yoluxub.


Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 016, ağır xəstələr isə 1 615 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 485 182 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 740 431 nəfər sağalıb, 26 117 nəfər isə ölüb.