Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2021.02.02 22:08
  • 2003 Baxış
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 120 nəfər dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7795 nəfər COVID-19 infeksiyasına yoluxub.


Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8639, ağır xəstələr isə 1592 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 492 977 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 379 070 nəfər sağalıb, 26 237 nəfər isə vəfat edib.