Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2021.02.10 22:05
  • 1822 Baxış
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 95 nəfər vəfat edib.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8642 nəfər COVID-19 infeksiyasına yoluxub.


Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7903, ağır xəstələr isə 1308 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 556 837 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 445 285 nəfər sağalıb, 27 093 nəfər isə dünyasını dəyişib.