Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2021.02.11 22:30
  • 1601 Baxış
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 94 nəfər ölüb.


Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 590 nəfər COVID-19 infeksiyasına yoluxub.


Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 811, ağır xəstələr isə 1 256 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 564 427 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 453 096 nəfər sağalıb, 27 187 nəfər isə ölüb.