Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2021.02.13 22:31
  • 2248 Baxış
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 93 nəfər ölüb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 706 nəfər COVID-19 infeksiyasına yoluxub.


Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 215, ağır xəstələr isə 1 235 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 579 896 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 2 468 419 nəfər sağalıb, 27 377 nəfər isə vəfat edib.