Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2021.02.19 21:04
  • 2217 Baxış
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 82 nəfər vəfat edib.

Medicina.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 419 nəfər COVID-19 infeksiyasına yoluxub.


Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 498, ağır xəstələr isə 1185 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 624 019 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 511 548 nəfər sağalıb, 27 903 nəfər isə həyatını itirib.