Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2021.03.05 22:56
  • 2149 Baxış
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Medicina.az Türkiyə mediasına istinadən xəbər verir ki, sutka ərzində 62 nəfər COVID-19-dan ölüb.


Bu gün 138 min 214 koronavirus testi aparılıb, onun 11 min 302-si müsbət çıxıb.

7 min 711 nəfər müalicəsini tamamlayaraq sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 608 min 848-ə çatıb.

Ümumi test sayı 33 milyon 854 min 960, ümumi yoluxma sayı 2 milyon 757 min 460, ölənlərin sayı 28 min 901, ağır xəstə sayı 1232 olub.