Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2021.03.20 22:16
  • 2256 Baxış
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində 95 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, son 24 saatda 21 061 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 2 992 694, pandemiya qurbanlarının sayı isə 29 959 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 807 572 pasiyent (son sutkada 18 815 nəfər) sağalaraq evə buraxılıb.