Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə müalicə alan Xalq artistinin SON DURUMU

  • 2019.10.15 11:56
  • 3905 Baxış
Türkiyədə müalicə alan Xalq artistinin  SON DURUMU

Türkiyədə müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.



Medicina.az xəbər verir ki, bunu "Report"a Y.Rzazadənin oğlu Mətin Rzazadə deyib. O bildirib ki, Y.Rzazadə artıq Bakıdadır.



Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Bu ilin iyul ayında Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, əməliyyat olunub.



Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.