Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə son sutkada 12 minə yaxın yoluxma qeydə alındı

  • 2021.05.14 21:27
  • 1433 Baxış
Türkiyədə son sutkada 12 minə yaxın yoluxma qeydə alındı


Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 242 nəfər həyatını itirib.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 203 min 73 nəfər test edilib, onlardan 11 min 394-nün koronavirus testi pozitiv nəticə verib, 37 min 261 nəfər sağalıb, 2 min 670 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 43 min 301 nəfər ölüb.

Türkiyədə indiyədək 5 milyon 95 min 390 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 894 min 24 nəfəri müalicə olunaraq evə buraxılıb.