Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə son sutkada koronavirusdan 200-dən çox insan öldü

  • 2021.01.02 00:18
  • 1463 Baxış
Türkiyədə son sutkada koronavirusdan 200-dən çox insan öldü

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 212 nəfər dünyasını dəyişib.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 12 203 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.


Bu gün sağalan xəstə sayı 14 110, ağır xəstə sayı isə 3891 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 220 855 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 114 760 nəfər sağalıb, 21 093 nəfər isə vəfat edib.