Türkiyədə sprey formalı peyvənd hazırlandı - Dünyada İLK

  • 2021.03.26 12:32
  • 2114 Baxış
Türkiyədə sprey formalı peyvənd hazırlandı -  Dünyada İLK

Türkiyə koronavirusa qarşı mübarizədə yeni peyvənd hazırlayıb.

Medicina.az mətbuat.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

O bildirib ki, "İntranazal" adlı yeni peyvənd sprey formasındadır və buruna qəbul edilir. Bu dünyada ilk sayılır. Səhiyyə nazirinin sözlərinə görə, yaxın günlərdə peyvəndin ilk sınaq mərhələsi başlayacaq. "İntranazal" ümumilikdə 3 sınaq mərhələsindən keçəcək.

Bildirilir ki, sprey formasında olan peyvəndin istehsalı asandır. Qısa müddət ərzində yüksək miqdarda peyvənd istehsal etmək mümkündür.