Türkiyədə xəstəxanada ölənlərin sayı 10-a çatdı -YENİLƏNİB

  • 2020.12.20 00:09
  • 1524 Baxış
Türkiyədə xəstəxanada ölənlərin sayı 10-a çatdı - YENİLƏNİB
Türkiyənin cənub-şərqindəki Qaziantep SANKO Universitetinin xəstəxanasında baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca deyib. O bildirib ki, xəstəxanada baş verən yanğında yaralananlardan daha bir nəfəri ölüb. Beləliklə, ölənlərin sayı 10-a çatıb.


Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin cənub-şərqindəki Qaziantep SANKO Universitetinin xəstəxanasında koronavirus xəstələrinin olduğu Reanimasiya şöbəsində yanğın baş verib.

***

"Qaziantepdə reanimasiya şöbəsində baş verən hadisə hamımızı üzüb”.

Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində yazıb. O qeyd edib ki, hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb: “Yanğından təsirlənən digər xəstələr təcili yardım əməkdaşları tərəfindən yaxın ərazilərdəki xəstəxanalara köçürülüblər. Vəfat edənlərə Allahdan rəhmət diləyirəm. Hadisəni yaxından izləyirik”.

***

Türkiyənin Qaziantep şəhərindəki özəl xəstəxanada baş verən partlayış nəticəsində 8 pasiyent ölüb.

Məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, SANKO Universitetinin Reanimasiya şöbəsində oksigen balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.

Məlumata görə, 20 nəfərlik Reanimasiya şöbəsində 19 xəstə olub. Onların 8-i ölüb. 11 pasiyent yaxınlıqdakı başqa hospitala yerləşdirilib.
had