Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyəli həkim dünyanın ən zəngin adamı siyahısında: COVID-19 peyvəndinə görə

  • 2020.12.04 11:37
  • 1169 Baxış
Türkiyəli həkim dünyanın ən zəngin adamı siyahısında:  COVID-19 peyvəndinə görə


Türk əsilli həkim-immunoloq, onkoloq, sahibkar və "BioNTech SE" biotexnoloji şirkətin həmtəsisçi Uğur Şahin ilk dəfə dünyanın 500 ən zəngin insanı siyahısına daxil olub.

"Bloomberg"in verdiyi məlumata görə, Böyük Britaniyanın bu həftə "BioNTech SE" və "Pfizer Inc." şirkətlərinin birgə yaratdığı COVID-19 infeksiyasına qarşı peyvəndin istifadəsinin təsdiqlənməsindən sonra "BioNTech SE"nin səhmlərinin dəyəri 8%, ilin əvvəlindən isə 250% artıb.

"Bloomberg Billionaires Index"ə görə, Uğur Şahin hazırda dünyanın ən zəngin 500 adamı siyahısında 493-cü yerdədir. Onun xalis sərvəti 5,1 mlrd. ABŞ dolları təşkil edir.