Türkiyənin səhiyyə naziri öz peyvəndlərini vurdurdu

  • 2021.12.30 15:33
  • 1953 Baxış
Türkiyənin səhiyyə naziri öz peyvəndlərini vurdurdu

Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca yerli istehsal olan COVID-19-a qarşı "Turkovac" peyvəndini üçüncü ("buster") doza olaraq vurdurub.

Medicina.az xəbər verir ki, Nazirlik rəhbəri Ankara şəhər xəstəxanasında revaksinasiya olunub:

"Vətəndaşlarımıza "Turkovac" vaksini ilə peyvənd olunmaq, o cümlədən bu dərmanla revaksinasiya etməyi tövsiyə edirəm".


Onun sözlərinə görə, dekabrın 30-dan Türkiyədə yerli istehsalı olan peyvəndi şəhər xəstəxanalarında əldə etmək mümkün olacaq.