Türkiyəyə əməliyyat üçün aparılan Ümid vəfat etdi

  • 2023.07.04 15:22
  • 5091 Baxış
Türkiyəyə əməliyyat üçün aparılan Ümid    vəfat etdi
Ötən həftə Türkiyəyə qida borusu əməliyyatı üçün ağır vəziyyətdə çatdırılan Ümidin vəfat edib.

"Medicina" xəbər verir ki, 16 yaşlı Ümid Quliyev avtomobil qəzasından sonra səhv müalicə və əməliyyatlar səbəbindən yataq xəstəsi olmuş, qidalana bilmədiyindən atrofiyaya uğramışdı.

Onun anası Qızılgül Quliyeva sosial şəbəkələrdən müraciət etdikdən sonra uşağın Türkiyədə əməliyyatı üçün lazım olunan 40 min manat yığılmış və Ümid xüsusi təyyarə ilə iyunun 1-i Türkiyəyə çatdırılmışdı.

Hər gün canlı yayımda övladı barədə məlumat verən qadın xəstənin çox sürətlə çəki itirməsi və bədəninin zəif olduğu üçün əməliyyata alına bilmədiyi və parenteral qidalandırdığını deyirdi.

Hazırda Qızılgül Quliyeva Umidin nəşinin Azərbaycana gətirilməsi üçün müəyyən məbləğə ehtiyacı olduğunu bildirib və bu işlər üçün dəstək istəyib.

Aygün Musayeva