Üç ayda gəncləşdirən içki

  • 2024.03.15 11:42
  • 557 Baxış
Üç ayda gəncləşdirən içki
Kakaonun gəncləşdirici effekti olduğu üzə çıxıb.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, alimlər kakaodan mütəmadi istifadə ilə üz dərisini gəncləşdirməyin mümkün olduğunu açıqlayıblar.

Araşdırmalar göstərib ki, kakao içənlər cəmi üç aydan sonra dərilərində müsbət dəyişiklikləri hiss edə bilirlər.

Məlumata görə, qatqısız, xam kakao istehlakı dərinin teksturasını və elastikliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, qırışlarla mübarizə aparır.

Aysel