Üçüncü dalğada yoluxan və ölənlərin çoxu peyvənd edilənlər olacaq - Britaniya Elmi Qrupu (SAGE)

  • 2021.04.12 16:52
  • 2629 Baxış
Üçüncü dalğada yoluxan və ölənlərin çoxu peyvənd edilənlər olacaq -  Britaniya Elmi Qrupu (SAGE)
Üçüncü dalğada xəstəxanaya yerləşdirilən və virusdan ölənləri içərisində peyvəndlənmiş insanların da çox olacağı gözlənilir.

Medicina.az xəbər verir ki, bu proqnoz Britaniyanın Fövqəladə hallar üzrə Elmi Konsultativ qrupunun alimləri verib.
SAGE adlı qurumun proqnostik məlumatı 31 mart 2021-ci ildə yerləşdirilib.

Məruzədə alimlər müxtəlif vaksinlərin müxtəlif təsirini nəzərə alaraq üçüncü dalğada peyvənd olunanların da az olmayacağını bildirib.

London Kral kolleci, Gigiyena və tropik tibb məktəbinin mütəxəssisləri Astra Zeneca vaksininin 50-60%, Pfizerin isə 94% qoruduğunu açıqlayıb.

Alimlər üçüncü dalğa modelində Britaniyada iki doza vaksini alan vətəndaşların 60%-nin yoluxa biləcəyini və hospitəlizə ediləcəyini proqnozlaşdırıb.

Ölüm halları ən çox 50 yaş üzəri insanlarda qeyd ediləcək, bunların arasında 50%-i hər iki doza vaksin almışlar ola bilər.

Hər iki preparat vaksini olunmuş insan virusdan qoruyuculuq əldə edir, amma yoluxma və ölümdən 100% sığortalanmır.

Alimlər bu modeli onunla izah edir ki, koronavirus yayılandan 50-60 yaş üzəri qrup həmişə yoluxma və ölüm üzrə birinci yerdə olur. Üçüncü dalğada dəyişən bir şey yoxdur, xəstəliyin ağır gedişatı bu yaş qrupu üçün istənilən faktordan asılı olmayaraq yüksəkdir. Hazırda ölkədə bu yaş qrupunun 90%-i peyvənd olunub, deməli, peyvənd olunanlar içərisində də yoluxma və ölüm halları yüksək ola bilər.

Qeyd edək ki, alimlər vaksinasiyanın yoluxmaya az təsirinin bir səbəbini də Britaniya mutasiyasında görür.
Üstəlik AstraZeneca vaksinindən sonra trombozun yaranması sübut olunub və Briyaniyada 10 nəfər bu səbəbdən ölüb.