Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Üçüncü dəfə əməliyyat olunan Ağadadaş Ağayevin səhhəti necədir?

  • 2021.06.09 15:01
  • 1802 Baxış
Üçüncü dəfə əməliyyat olunan Ağadadaş Ağayevin səhhəti necədir?


Xalq artisti Ağadadaş Ağayev Türkiyədə üçüncü dəfə əməliyyat olunub.

Medicinaz.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.

O bildirib ki, xərçəngdən əziyyət çəkən müğənninin əməliyyatı 2 saat davam edib: “Əməliyyatdan sağ-salamat çıxdı.

Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat düz 2 saat çəkdi. Belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın nə olduğunu bəlkə də məndən yaxşı bilən yoxdur. Bu 2 saat iki gün, iki il qədər uzun sürür bəzən. Hazırda səhhəti qənaətbəxşdir”.