Uğurlu neyrocərrahiyyə əməliyyatı - 11 yaşlı pasiyent xilas oldu

  • 2019.05.08 12:27
  • 7217 Baxış
Uğurlu neyrocərrahiyyə əməliyyatı  - 11 yaşlı pasiyent xilas oldu
 

 Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 11 yaşlı pasiyentin şikayətləri bir neçə aydır ki, tədricən artan ürəkbulanma, baş gicəllənmə, baş ağrısı, müvazinətin və göz hərəkətlərinin pozulması olub. MRT müayinəsi çəkilib və 4-cü mədəciyi dolduran, beyin kötüyünü və beyinciyi sıxaraq hidrosefaliyaya səbəb olan böyük törəmə aşkar edilib.

 

 

 Bu barədə Medicina.az-a Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən bildirilib.

 
Neyrocərrah Azər Əkbərov tərəfindən aparılan əməliyyatdan sonra pasiyentin şikayətləri azalıb və tədricən keçib. Törəmə beyin kötüyünün sağ tərəfindən böyüdüyü üçün və bu bölgə ilə daha çox təmasda olunduğu üçün əməliyyatdan sonra sağ ətraflarda keçici 20-30% parez əmələ gəlib. Pasiyentin patologiyası medulloblastomadır (4-cü dərəcə bədxassəli şiş). Lakin şişin tam çıxması, şüa müalicəsinə və kimyaterapiyaya həssas olması həkimləri və yaxınlarını ümidləndirir.