Ukraynada koronavirusunun ən təhlükəli növü aşkarlandı

  • 2021.10.27 15:59
  • 1029 Baxış
Ukraynada koronavirusunun ən təhlükəli növü  aşkarlandı
Ukraynada ilk dəfə olaraq koronavirusunun ən təhlükəli növünə- “delta” ştammının AY.4.2 mutasiyasına yoluxma halları qeydə alınıb.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov məlumat verib.

Onun sözlərinə görə, ən təhlükəli COVID-19 mutasiyası olan xəstəlik Kiyev, Ternopol və Lvovda aşkarlanıb. Təhlükəsizlik şurasının katibi vurğulayıb ki, ölkə virusa yoluxma hallarının pik həddinə çatır, bu səbəbdən də yaxın gələcəkdə epidemioloji vəziyyət çox gərgin olacaq.

Danilov ukraynalıları peyvənd olmağa çağırıb.