Ukraynada yoluxmada antirekord: VƏZİYYƏT PİSLƏŞİR

  • 2021.03.25 17:44
  • 1333 Baxış
Ukraynada yoluxmada antirekord:    VƏZİYYƏT PİSLƏŞİR

Ukraynada koronavirus pandemiyası dövründə ən yüksək gündəlik yoluxma və ölüm halları qeydə alınıb.

Medicina.az -ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Maksim Stepanov deyib.

Onun sözlərinə görə, ötən gün Ukraynada 16 669 nəfər koronavirusa yoluxub, 362 nəfər həyatını itirib.

Bundan əvvəlki rekord rəqəm martın 23-də qeydə alınmışdı. Həmin gün 14 174 nəfər yoluxmuş, 342 nəfər vəfat etmişdi.

Bu günədək ölkədə 1,6 milyona yaxın yoluxma, 32 mindən çox ölüm qeydə alınıb.