Ürək sağlamlığı üçün faydalı olan 3 meyvə

  • 2026.07.16 17:01
  • 288 Baxış
Ürək sağlamlığı üçün  faydalı olan 3 meyvə

Medicina.az xəbər verir ki, meyvələrlə zəngin qidalanma ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə bilər.

Tərkibindəki lif, vitamin, mineral və antioksidantlar qan təzyiqinə, xolesterinə və damar sağlamlığına müsbət təsir göstərir.

Ürək üçün faydalı meyvələr arasında xüsusilə bunlar qeyd olunur:

Giləmeyvələr – göyəm, çiyələk və böyürtkən damarların fəaliyyətini dəstəkləyən antioksidantlarla zəngindir.
Nar – tərkibindəki polifenollar damarları qorumağa və qan təzyiqinin azalmasına kömək edə bilər.
Alma – tərkinibdə olan faydalı maddələr sayəsində “pis” xolesterinin azalmasına dəstək ola bilər.

Mütəxəssislər ürək sağlamlığını qorumaq üçün gündəlik rasionda kifayət qədər meyvə və tərəvəzə yer verməyi tövsiyə edirlər.

Xanım,
Medicina.az