Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəyi sürətlə qocaldan qida budur

  • 2024.02.08 19:43
  • 1849 Baxış
Ürəyi sürətlə qocaldan qida budur


Ürək bədəndəki bütün orqanlardan daha tez qocala bilər. Bunun səbəbi isə həyat tərzi və qidalanmadır.


“Medicina” xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət Mərkəzinin əhali arasında apardığı araşdırmada hər ikinci kişi və hər beşinci qadının ürəyinin yaşından 5 il böyük olduğu sübut olunub. Hətta ürəyi 11 il qoca olanlar da var idi.


Klivlend klinikasının kardioloqu Vikas Sander bunu şərh edərək bildirib ki, ürək aşırı yüklənmədən, gərginlikdən qocalır.


Ürəyi artıq çəki, həddən çox ağır iş, az hərəkətlilik, qeyri-sağlam qida vərdişləri yükləyir.

Ürəyi qocaldan qidalar içində ilk yeri şəkər və duz tutur.

Ürəyi gənc və sağlam tutmaq üçün təzyiqi və xolesterini azaldan qidalar seçmək lazımdır: tərəvəz, tam taxıl, yağsız ət, zülal tərkibli qidalar.

Trans yağlar, duz və rafinəolunmuş şəkərdən uzaq durun.

Ürək eləcə də digər xroniki xəstəliklərdən qocala bilər. İnsan vaxtında xəstəlikləri nəzarətə almalı, qanda şəkər, xolesterin, lipid və arterial təzyiq normada olmalıdır. Zob və hormonal disbalans da ürəyi tükədir.

Əgər sizdə bu simptomlar olarsa, yubanmadan ürəyi yoxladın:

- Tənəffüsdə çətinlik
- Əl-ayaqda şişmə
- Sinədə ağırlıq
- Yorğunluq
- Döyüntü
- Baş hərlənmə

Aygün Musayeva