Ürəyin tez qocalmasına səbəb olan amillər açıqlandı

  • 2026.08.10 15:24
  • 140 Baxış
Ürəyin tez qocalmasına səbəb olan amillər açıqlandı

Bəzi 40 yaşlı insanların ürəyi 70-80 yaşlı insanın ürəyi kimi görünə bilər.

Medicina.az xəbər verir ki, bunu ürək-damar cərrahı Rafael Hernández Estefanía bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı ürəyin toxumalarının rəngi, elastikliyi və möhkəmliyi onun vəziyyəti barədə mühüm məlumat verir. Siqaret, yüksək təzyiq, diabet, yüksək xolesterin və hərəkətsiz həyat tərzi ürək toxumalarının zədələnməsini sürətləndirə bilər.

Mütəxəssis ürəyi qorumaq üçün siqaretdən uzaq durmağı, normal çəkini saxlamağı və müntəzəm fiziki aktivliyi tövsiyə edib.

Təngnəfəslik, ayaqlarda şişkinlik və səbəbsiz güclü yorğunluq isə ürək problemlərinin xəbərdarlıq əlamətləri ola bilər.

Xanım,
Medicina.az