Türkiyədə Samsunda polis tərəfindən aparılan əməliyyatda, 7 aylıq körpələrinin olduğu uşaq arabasının altındakı çantada gizlədilmiş 1 kiloqram 210 qram metamfetamin tapıldıqdan sonra bir cütlük həbs olunub.
Medicina.az xəbər verir ki, Samsun Vilayət Polis İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsi narkotik qaçaqmalçılığına qarşı mübarizə tədbirləri çərçivəsində İlkadım rayonunda əməliyyat keçirib.
Əməliyyat zamanı 7 aylıq körpələrinin olduğu uşaq arabasının altında gizlədilmiş bir qadının çantasından 1 kiloqram 210 qram metamfetamin müsadirə edilib. Qadın, M.A. (43) və əri M.K.M.Ö. (56) adlı şəxs nəzarətə alınıb.
:Bu gün Samsun Ədliyyəsinə gətirilən cütlük həbs olunaraq həbsxanaya göndərilib
Aygün
Medicina.az