Uşaq pnevmoniyası Çindən dünyaya yayıldı- Epidemiya elan edildi

  • 2023.12.11 14:23
  • 1519 Baxış
Uşaq pnevmoniyası Çindən dünyaya yayıldı - Epidemiya elan edildi

Çində başlayan uşaq pnevmoniyası Avropaya keçib: Artıq Danimarka, Fransa, İsveç, Fransa, ABŞ-da yeni epidemiya elan edilib.

"Medicina" xəbər verir ki, xəstəlik Kovid pnevmoniyasına bənzəyir və superbaktyeriya hesab edilir.

1 aydır Çində başlayan uşaq pnevmoniyası səbəbindən bütün məktəblər bağlanıb, xəstəxanalar doludur. Hər həftə 100 min insan yoluxur.

Sinqapur, Hindistan və Tayvan da daxil olmaqla Cənubi Asiya ölkələri epidemiyanın yayılmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib.

Xəstəliyin əlamətləri yüksək hərarət və ağrılı,öskürəklə başlayır.

İinfeksiya uşaq bağçası və ya məktəbdən evə gətirilir. Sürətlə inkişaf edir, öskürək 3-4 ay çəkir.

Aygün Musayeva