"Təəssüf ki, fəlakət dəllalları yenə iş başındadır. Uşaqlar arasında ölümcül virus yayılıb, ölürlər və s. kimi cümlələr işlədirlər".
Medicina.az xəbər verir ki, bunu uzman pediatr Yalçın Mirzəyev deyib.
Onun sözlərinə görə, hazırda yayılan virus influenza virusudur:
"Bu, illərdir bilinən virusudur. Müalicəsi olan, qrip peyvəndi ilə qorunan bir xəstəlikdir. Drama yaratmaq lazım deyil. Əgər xəstəlik zamanı hərarət yüksələrsə, pediatra müraciət edin. Zamanında başlanan müalicə qoruyucu olur".
Aygün
Medicina.az