Uşaqlara tətbiq olunan yersiz dərman və müalicələr - Pediatrdan DƏHŞƏTLİ SİYAHI

  • 19 Noy 2019 16:29
  • 24113 Baxış
Uşaqlara tətbiq olunan yersiz dərman və müalicələr -  Pediatrdan DƏHŞƏTLİ SİYAHI
Bir çox analar uşaqlarına çox dərman veriləndə sevinir, bir çoxları isə haqlı olaraq dərmanların  təyinatını dəqiqləşdirib, yersiz müalicələrdən qaçır.

Həkimlərin bir çoxu etiraf etməsə də bəzən yanlış müalicələrin şahidi olurlar.

 

Medicina.az xəbər verir ki, petiatr Günay Rəsulova körpə uşaqlara təyin olunan dərmanlar, müalicə sxemləri, prosedurlarının siyahısını açıqlayıb.

Əgər bu müalicələr övladınıza təyin edilibsə, həkimi dəyişmək barədə düşünə bilərsiz.


 


-Calsium preparatları (Kalsium azlığı qan analizi ilə dəqiqləşdirilmədən bu preparatların istifadəsi zərərlidir)


-Bitki tərkibli qurd dərmanları


-Bitki tərkibli "sakitləşdiricilər"


-Qurd dərmanı ilə yanaşı "Ödqovucu", "Qaraciyərqoruyucu", İşlədici dərmanların verilməsi, uşaqları boşuna "imalə" (klizma) edilməsi


-Profilaktik göbələkəleyhinələrin istifadəsi


-"Hipoksiyani" müalicə edən preparatlar


-Yuxugətirici məqsədlə istifadə edilən Qluferal, Fenobarbital, Luminal


-Xüsusi göstəriş olmadan Qızdırmaya bağlı qıcolmadan sonra davamlı qıcolmaəleyhinə dərmanların istifadəsi

 

-"Beyin təzyiqini" düşürən sidikqovucu preparatlar " Diakarb, Veroşpiron"


-"Timusun ölçüsünü kiçildən" preparatlar


-İmmuniteti artıran preparatlar


- Yersiz Komplex vitamin preparatları


-"Yaddaşı gücləndirən" preparatlar və s.


-Yuxugətirici məqsədlə istifadə edilən "Ketotifen"


-Bişməcələrdə çox yaygın istifadə edilən Leyner mazı (Qadağan olunub)


-ASO, CRP, RF- Revmoprobalar kimi bildiyimiz bu analiz nəticələrinə əsasən qoyulmuş yalnış "Revmatizm" diaqnozu adı altında aparılan "müalicələr"


-İmedis aparatı ilə qoyulmuş "qurd xəstəlikləri" nə görə qəbul edilən o ağ tabaşirə bənzər mənşəyi və "kimliyi bəlli olmayan" "tabletkalar"))


-Yeniyetmə çağı qız uşaqlarında "Yumurtalığın vospaleniyası" "diaqnozu" ilə aparılan müalicələr (Elə bir diaqnoz yoxdur,soyuqdan yumurtalıqlarda "vospaleniya" olmaz)


-"Nevroloji"dərmanlar qəbul edən uşaqlara,bu dərmanların yanında "Qaraciyərqoruyucu"dərmanların verilməsi


- Hər antibiotik preparati ilə birgə istifadə edilən probiotiklər boşunadir ( Uşaqda antibiotik qəbulundan sonra ishal əmələ gəlmə anamnezi varsa verilə bilər)


-"Əmgəyi bağlanmağa qoymayan "preparatlar


-"Diş çıxmağa kömək edən" preparatlar


-Yenidoğulmuşlarda Sarılığı "müalicə edən" dərmanlar

 

 HƏKİMLƏ ƏLAQƏ: 070 673 83 81

 



Uşaqlara tətbiq olunan yersiz dərman və müalicələr -  Pediatrdan DƏHŞƏTLİ SİYAHI