Uşaqlarda həyati təhlükə yaradan XƏSTƏLİK

  • 2017.10.11 13:27
  • 21113 Baxış
Uşaqlarda həyati təhlükə yaradan  XƏSTƏLİK
"İshal, bağırsaqlarda olan mayenin kifayət qədər sorulmaması və ya bağırsaqda əlavə mayenin sərbəst buraxılmasından yaranan həddindən artıq və tez nəcis ifrazı vəziyyətidir. Bağırsaq infeksiyasının bir simptomudur, səbəbləri sırasında əksər zaman norovirüs və ya rotavirüs kimi bir viruslar, Campylobacter, Escherichia coli (E. coli), salmonella və ya shigella kimi bakteriyalar tapılır”.


Medicina.az xəbər verir ki, bu haqda pediatr Leyla Baxışova bildirib.


Həkim ishalın səbəblərindən də bəhs edib:


"İshalın bir çox səbəbi var. Bunlara C vitamini və ya maqneziumun artıq qəbulu da daxildir. Diareya yoğun bağırsağın kifayət qədər maye əmməməsi nəticəsində baş verir. Qida yoğun bağırsağa çatmadan sorularaq maye halında olur. Yoğun bağırsaq suyu əmərək qalan materialı yarıqatı hala gətirir. Yoğun bağırsaq zədələnsə, suyun udulmasına maneə törədilir və sulu nəcis əmələ gəlir. 5 yaşından kiçik uşaqlarda ishalın təxminən 40 %inə Coronaviruslar səbəb olmaqdadır.


İshalın ən tez-tez görülən səbəbi viral infeksiya və ya bakterial toksinlərdir”. 


Nəzərinizə çatdıraq ki, yaxşı qidalanmayan uşaqlarda ishal ciddi su itkisinə yol aça bilər və müalicə edilmədikdə həyati təhlükə yarada bilər.