Uşaqlarda immuniteti necə qaldırmalı?

  • 2023.05.10 16:00
  • 1737 Baxış
Uşaqlarda immuniteti necə qaldırmalı?
Payız və yaz aylarında uşaqlarda immun sistemin bərpasına nəzarət etmək vacibdir. Çünki onlarda fəslin başlanğıcında immun sisteminin zəifləməsi müşahidə olunur.

“Medicina” xəbər verir ki, həkim Anjelina Stepusun sözlərinə görə, əvvəlcə xəstəliklərin səbəbinin nə olduğu araşdırılmalıdır. İmmunitet sistemi öz fəaliyyətində mühüm rol oynayan bir neçə orqandan ibarətdir.

“İmmunitet sistemi zəifdirsə, bu, bir və ya bir neçə orqanın öz vəzifələrinin öhdəsindən gələ bilməməsi deməkdir.

İlk növbədə,müvafiq analizlər verilməlidir. Bu, immun sistemin zəifləməsi səbəblərinin aşkarlanmasında böyük rol oynayacaq.

Çox vaxt xəstəliklər gündəlik həyatda müraciət etdiyimiz çox sadə amillər fonunda yaranır: yuxu rejimi, yorğunluq, balanssız qidalanma, vitamin və mineralların çatışmazlığı, xroniki stress...

Buna uyğun olaraq, bu amilləri aradan qaldırırıq və immunitet sistemi avtomatik olaraq özü güclənir.
Çox vaxt uşağın həyat tərzini tamamilə yenidən qurmaq lazımdır. Çünki uşaq ailənin ümumi qaydaları ilə yaşayır və bu qaydalar onları zəif edir”.

Aynurə Məmmədova