Uşaqların stomatoloq qorxusu: Necə etməli ki, stress yaşamasın? – VİDEO

  • 2018.12.24 20:49
  • 16932 Baxış
Uşaqların stomatoloq qorxusu: Necə etməli ki, stress yaşamasın?  – VİDEO

Bir çox travmaların kökü uşaqlıqda qoyulur. Ən çox qorxduqları isə diş həkimləri–stomatoloqlardır. Stomatoloqdan fobiya, travma uzun illər, hətta həmin uşaq böyüyüb 20 yaşa çatanda belə qalır. Hətta o dərəcədə ki, insan məni əməliyyat edin, amma dişimi müalicə etməyim deyə bilir.


Bu uzun illərin problemidir. Qarşısını almaq üçün çox şeylər icad olunub. Hətta son illər uşaqları yatırdıb, narkoz altında diş müalicəsini təklif edirlər. Bu isə heç də uğurlu təklif deyil.

 

Medicina.az Saf-Med klinikasında olarkən, qəbulda çox sayda kiçik uşaqlar gördü. Onlar digər uşaq poliklinikalarında gördüyümüz kimi ağlayıb qışqırmır, sakitcə kabinetə daxil olub, gülə-gülə kresloya əyləşirdilər. Uşaqlara heç bir travma vermədən xidmət göstərən və bu işdə xüsusi qabiliyyəti olan həkimlərdən video hazırlayaraq, valideyn və digər uşaqlara da təqdim edərək, əslində bir uşağın travmasız, könüllü stomatoloqa getməyini təşkil etməyin mümkünkünlüyü göstərmək istədik.


 



Ünvan: Həmzə Babaşov küç ( (9-cu mikrarayon)

(012) 513 - 27 -96

(055) 955 -01-03


Uşaqların stomatoloq qorxusu: Necə etməli ki, stress yaşamasın?  – VİDEO