Uşaqlarınıza alıb yedirtdiyiniz bu məhsullar ağır fəsadlar verir

  • 2023.01.05 15:39
  • 2984 Baxış
Uşaqlarınıza alıb yedirtdiyiniz bu məhsullar   ağır fəsadlar verir

Sağlam insanda düzgün qidalanmada qəbul edilən şəkər enerji sintezinə qoşulur, digər hissəsi rezerv qlikogen şəklində qaraciyərdə toplanır. Lakin hazırda geniş yayılmış karbohidrat bumu, yəni qidada daha çox karbohidratların, xüsusən tez mənimsənilib insulin sıçrayışına səbəb olan sadə şəkərlərin ifrat qəbulu, bir sıra xəstəliklərin inkişafına səbəb olur.

"Medicina" dietoloq-nutrisioloqu Amaliya Rəhimova qlikasiyadan danışıb.

Onun sözlərinə görə, son illər aramsız reklam olunan uşaqlar üçün hazır qablaşdırılmış məhsulların hamısının tərkibində şəkər mövcuddur və uşaq artıq səhər yeməyi zamanı günlük şəkər normasını almış olur.

Amaliya Rəhimova yanlış qidalanma sayəsində şəkər artıqlığının fəsadlarından da danışıb. Bildirib ki, karbohidratların həddən artıq qəbulunda (çörək, un, şəkər məmulatları, şirin içkilər, kompot, dondurma) sərbəst şəkərlər toksin kimi çıxış edərək orqanizmin istənilən zülalı ilə birləşib onların funksiyasını pozur. Mürəkkəb və çoxpilləli biokimyəvi reaksiya nəticəsində orqanizm üçün çox toksiki olan Qlikasiya məhsulları (AGE) əmələ gəlir ki, bu məhsulların hüceyrədə toplanması tədricən hüceyrənin funksiya pozulmasına, sonda isə məhvinə səbəb olur. Qlikasiya prosesının diabet və qocalmanın, Bexterev xəstəliyi, Parkinson, dağınız skleroz, artroz, digər degenerative xəstəliklərin patogenezində rolu sübut olunmuşdur.

Dietoloq-nutrisioloq qlikasiya nəticəsində yaranan funksiya pozulmalarını sadalayıb:

Damar divarının zədələnməsi, sərtləşməsi və qan dövranı pozulması;

Kollagen zülalının zədələnməsi nəticəsində kollagen liflərinin elastikliyi zəifləyir, dəri qocalır, bağ və vətərlər boşalır (daxılı orqanlar sallanır), qığırdaq degenerasiyası baş verir;

Göz bülluru zülalının zədələnməsi ilə katarakta başlayır;

İmmunoqlobulinlər öz xassələrini itirdiyindən orqanizmin müdafiə funksiyası zəifləyir (hazırki koronavirus dönəmində çox aktualdır - immun sisteminin yarıtmaz fəaliyyəti);

Böyrəklərin yumaqcıq aparatının zədələni;

İnsulinin qlikasiyası onun spesifik reseptorlara qarşı həssaslığını azaldır;

Makrofaq reseptoru ilə birləşərək onları iltihabtörədici sitokinlərin ifrazına sövq edir, beləliklə, iltihab prosesinə təkan verir.