ÜST bu vaksindən istifadəyə icazə verdi

  • 2021.05.01 09:23
  • 1251 Baxış
ÜST bu vaksindən istifadəyə icazə verdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-ın “Moderna” şirkətinin peyvəndini koronavirusdan təcili istifadə üçün tövsiyə olunan preparatlar siyahısına daxil edib.

Medicina.az xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

“ÜST bu gün “Moderna” vaksinini təcili istifadə üçün siyahıya daxil edib, bununla da, o, təşkilatın təcili razılığını almış beşinci vaksin olub”, - məlumatda deyilir.