Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “Sinovac” peyvəndinin istifadəsini təsdiqləyib.
Medicina.az xəbər verir ki, bu barədə ÜST-ün Cenevrədəki qərargahı məlumat yayıb.
“ÜST bu gün COVID-19-a qarşı “Sinovac” (CoronaVac) peyvəndinin istifadəsini təsdiqləyib. ÜST ölkələri, fondları əmin edir ki, bu peyvənd təhlükəsizlik, effektivlik və istehsal üçün beynəlxalq standartlara cavab verir”, – deyə məlumatda qeyd olunub.