ÜST də BMT kimi siyasiləşib - Nazir beynəlxalq təşkilata hansı təklifləri verib? - VİDEO

  • 2024.04.29 13:16
  • 796 Baxış
ÜST də BMT kimi siyasiləşib - Nazir beynəlxalq təşkilata hansı təklifləri verib? -  VİDEO
Azərbaycan Ümümdünya Səhiyyə Təşkilatına təkliflər verib.

Medicina.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev REAL TV-yə müsahibəsində danışıb.

Mir Şahinin suallarını cavablandıran nazir son illərdə BMT-də böhran dövrü yaşandığı kimi, eyni məsələlərin ÜST-də də öz əksini tapdığını və Azərbaycanın dəfələrlə təkliflər verərək təşkilatın klasik quruluşunu dəyişərək daha çevik olması üçün çalışdığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan ÜST-nin qlobal şəkildə dünya əhalisinin ciddi səhiyyə problemlərinin çözülməsi üçün bütün ölkələri bir araya gətirməsini və bunun bir vahid qərar üzərindən həyata keçirilməsini təklif edib.

Daha ətraflı aşağıdakı videoda: