ÜST-dən ÇAĞIRIŞ - Maskaya qayıdın

  • 13 İyl 2022 18:20
  • 784 Baxış
ÜST-dən ÇAĞIRIŞ   - Maskaya qayıdın

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrin hökumətlərini koronavirus pandemiyasına görə maska ​​rejiminə qayıtmağa çağırıb.



Medicina.az xəbər verir ki, təşkilat bunu ölənlərin sayının artmağa davam etməsi ilə əlaqələndirib.

Bir çox varlı ölkələrin hökumətləri peyvəndlərin uğurlu tətbiqindən sonra koronavirusla bağlı məhdudiyyətlərdən tamamilə imtina etsələr də, təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus pandemiyanın “hələ bitmədiyini” vurğulayıb.

O qeyd edib ki, “Omikron”un alt variantları dünyada yeni xəstəlik dalğalarına, hospitalizasiyalara və ölümlərə səbəb olmağa davam edir:

“COVID-19 hallarının sayının artmaqda davam etməsindən və bunun gərgin səhiyyə sistemlərinə və tibb işçilərinə əlavə təzyiq göstərməsindən narahatam. Məni ölüm hallarının sayının artması tendensiyası da narahat edir”.