ÜST koronavirusa qripin fərqini - AÇIQLADI

  • 2020.11.12 17:03
  • 2539 Baxış
ÜST koronavirusa qripin fərqini    - AÇIQLADI

COVID-19 və qrip oxşar simptomlara malikdir, lakin düzgün diaqnozu təyin etmək üçün iki xəstəliyin fərqli təzahürlərinə diqqət yetirməyə dəyər.

Ümumdünya Səhiyyə Təşkilatı yeni məlumat yayıb.

Beləliklə, öskürək, burun axması, boğaz ağrısı, qızdırma, yorğunluq koronavirus və qrip virusu üçün ümumi əlamətlərdir. ÜST əlavə olaraq SARS-CoV-2-nin təngənəfəsliyə dad və qoxu duyumunun pozulmasına səbəb olduğunu qeyd edib.

Bundan əlavə, şiddətli COVID-19 iştahsızlıq, davamlı sinə ağrısı və ya yüksək təzyiq, 38 dərəcədən yüksək hərarət və şüurun pozulması kimi əlamətlərlə özünü göstərir. Bu cür simptomlar varsa, dərhal həkimə müraciət etməlisiniz. Xroniki xəstəlikləri olan insanlar, yaşlı vətəndaşlar, beş yaşa qədər uşaqlar və hamilə qadınlar da dərhal həkimlərə müraciət etməlidirlər.

ÜST qrip peyvəndinin koronavirusdan qorunmadığını əlavə edib.