ÜST təcili toplanır - Afrikadakı super mutasiya dünyanı cənginə alacaq

  • 2021.11.26 19:50
  • 2542 Baxış
ÜST təcili toplanır -  Afrikadakı super mutasiya dünyanı cənginə alacaq
ÜST kovidin yeni Afrika ştammına görə təcili iclas toplayır.

Medicina.az xəbər verir ki, təşkilat rəhbərliyi Cənubi Afrikada qeydə alınmış ştammda çox sayda mutasilar birləşməsindən narahatdır.

Bu ştamm sürətlə yayılır, əvvəlki koviddən antiteli olan insanları da yoluxduracaq, çünki antitel baryerini aşır.

ÜST-ün Afrikada olan nümayəndəsi Tulie de Oliveyra yeni ştammın laborator məlumatlarını ÜST rəhbərliyinə məruzə edib və onlar təcili iclas barədə qərar alıb.

Onun sözlərinə görə, Cənubi Afrikada əyalətlərdə 90% yoluxmanı bu ştamm təşkil edir.

Hazırda super ştammın mutasiyalarının vaksinə mümkün təsiri araşdırılır.

Bu ştammda 32 qorxulu mutasiya birləşib, onlar vaksinə davamlı olacaq.