Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Üst-üstə iki maska taxmaq zərərlidir - Dizaynlı maskalardan uzaq durun

  • 2021.01.29 13:53
  • 1641 Baxış
Üst-üstə iki maska taxmaq zərərlidir  - Dizaynlı maskalardan uzaq durun


İki maskanın eyni zamanda istifadəsi dəb halına gəlib. Koronavirusdan qorunmaq üçün tibbi, üstəlik qeyri-adi görünmək üçün dizaynlı maskalar taxılır.

Medicina.az xəbər verir ki, alim Entoni Fauçi iki maska ​​taxmağın koronavirusun yayılmasının qarşısını almaqda təsirli olduğunu bildirmişdi. Terapevt Nadejda Çernışova isə iki maskadan istifadənin zərərlərindən danışıb.
.

“Adi tibbi maska bizi virusdan 90 faizdən çox qoruyursa, ikincisinə nə gərək var? Bundan əlavə, dizaynlı maskalar boyanmış və ya qaşlarla bəzədilmiş olur. Gözəldir, amma bütün bu gözəllik onların faydasına mane olur”, - Çernışova izah edib.

Respiratorun taxılmasına gəldikdə: həkim bu metodun effektivliyi barədə etibarlı məlumat mənbəyinin olmadığını qeyd edib. O bildirib ki, bu mövzuda elmi araşdırmalar aparılmayıb.