Ütü yanığı olan bu köynək şok qiymətə satılır - FOTO

  • 2026.08.14 20:40
  • 132 Baxış
Ütü yanığı olan bu köynək şok qiymətə satılır -  FOTO

Fransız lüks moda brendi Vetements, ütü ilə yandırılmış kimi görünən bir köynək təqdim edib.

Medicina.az xəbər verir ki, "Ağ Ütü Yanığı Qrafik Köynək" adlanan bu köynəyin sinə cibində əsl ütü yanığına bənzəyən bir çap var. Köynəyin qiyməti 1100 dollardır.

Təqdim edildikdən sonra sosial mediada böyük diqqət çəkdi. Bəzi istifadəçilər "Evdə yandırdığım köynək belə lüksə çevrildi" şərhini verdilər, digərləri isə "Anam bunu pulsuz tikərdi" şərhini etdilər.

Qeyd edək ki, Vetements gündəlik görünən qüsurları lüks dizaynlara çevirməsi ilə tanınır. Bu köynək bu yanaşmanın bir hissəsi kimi qəbul edilsə də, bir çoxları dizayndan daha çox qiymətə təəccübləndilər.

Aygün
Medicina.az