Uzun dırnaqları ilə Ginnesə düşən qadın öldü

  • 2023.12.21 14:55
  • 1074 Baxış
Uzun dırnaqları ilə Ginnesə düşən   qadın öldü
10 illərdir uzun "caynaq kimi" dırnaqları ilə Ginnesdə liderlik edən məşhur qadın Li Redmound 83 yaşında ölüb.

""Medicina" xəbər verir ki, qadın 1979-cu ildən dırnaqlarını kəsmirdi və bütün dırnaqların ümumi uzunluğu 7 metr idi.

2003-cü ildən o, ən uzun dırnaqların sahibi kimi Ginnesin Rekordlar kitabına düşüb.

Li Redmondun dırnaqlarının uzunluğu 2008-ci ildə 8,65 metrə çatıb.

Bir dəfə avtomobil qəzasında dırnaqları sınmışdı.