Uzun öpüş və ön sevişmə kaloriləri yandırır – Piyləri əritməyin yolu

  • 2019.10.24 18:33
  • 23729 Baxış
Uzun öpüş və ön sevişmə kaloriləri yandırır –  Piyləri əritməyin yolu

Öpüşmək təkcə ehtirasınızı göstərməyinizin və cütlük olaraq bağlarınızın isbat etməyinizin yolu deyil, eyni zamanda yağlarınızı yandırmaqda da işə yarayır. 


Medcina.az xəbər verir ki, "Öpüşmək güclüdürsə və bir az da ön sevişmə varsa, saatda 90 kalori yandırmağa səbəb ola bilər” deyən Los Anceles mənşəli seksoloq və "Red Hot Touch” adlı kitabın müəllifi Ceyia Kinszbats sürətli yağ yandırmaqda seksin əhəmiyyətli olduğunu izah edib. 


Araşdırmalara görə, yaxşı masaj  ürək ritminizi yüksəldib, bədəninizi kalori yandırmaq üçün hazırlaya bilər. Bunun üçün sürətli və sərt bir masaj deyil, tamamilə əksi olan asta və dərin hərəkətlər lazımdır. 


Asta hərəkətlər sadəcə daha təsiri olmaqla qalmayacaq. Sizin də bədənizidəki müxtəlif əzələlərin hərəkətə keçməsinə səbəb olacaq.


 Ön sevişmə


Sevdiyiniz insanla paltarlarınızı soyunmadan sevişməyin kalori yandırmaq üçün ən yaxşı yol olduğunu bilirdinizmi?

Ürək döyüntülərinizi sürətləndirən bu proses yağ yandırmanı da artırır.  


Kinzbaça görə otaq temperaturu və bədən hərarətiniz nə qədər yüksək olarsa, daha çox kalori itirərsiniz.


Bundan başqa çarpayıda yuvarlanmağı və arada bir səhnə, poza dəyişdirməyi sınayın. Nə qədər erotik olsanız, bir o qədər çox kilo verəcəksiniz. 


Seks


 

Saatda 144 kalori yandırır.  Seksin ən yaxşı idman hərəkəti olduğunu yəqin ki, eşitmisiz.  Bəs yarım saatlıq seksin axşam yeməyindən sonra yediyiniz şokoladı yandırmaq üçün kifayət olduğunu bilirdinizmi? Seks əsnasında çox kalori yandırmaq istəyirsinizsə, mümkün olduğu qədər ehtiraslı və bu prosesin uzun müddət davam etməsini təmin edin.